İqna Quran Xəbər Agentliyi (İQNA): İslami Əlaqələr və Mədəniyyət İdarəsinin şöbəsi Malindi parlamentinin keçmiş üzvü, alim Şeyx Əhməd Bədəvi, Malindi şəhərinin əhli-sünnə müftisi Şeyx Şəm və şəhərin müsəlman ictimaiyyətinin iştirakı ilə avqustun 8-də “Tofiq” İslami mədrəsəsinin salonunda həftənin açılışını qeyd etdi.
Proqramda İ.İ.R-ın Keniyadakı Mədəniyyət Mərkəzinin rəhbəri Əbbas Fərmənd İslam Respublikasının rəhbərlərinin və məsullarının Qurana diqqətini və İslam İnqilabından sonra müxtəlif sahələrdə Quranla bağlı fəaliyyətlərindən danışdı və əlavə etdi ki, İslam Respublikası Quran mədəniyyətinin genişlənməsi üçün əlində gələni əsirgəmir.
Tədbirin davamında Malindi şəhərinin əhli-sünnə müftisi Şeyx Şəm dedi: “Amerika müsəlmanların, xüsusilə məzlum Fələstin xalqının düşmənidir. Bu arada ölkələr arasında İran dünya müsəlmanları üçün çox yaxşı nümunədir. Çünki İran zalqı zülm qarşısında qiyam etdi və sonda qələbə çaldı.”
Qeyd edək ki, bu sərgidə misirli və iranlı qarilərin portretləri, uşaq və yeniyetmələr üçün Qurana aid kitablar, disklər, filmlər, eləcə də uşaqlar üçün Quranın 29-cu və 30-cu cüzlərinin təlimi, bir neçə nəfis Quranın nümayişi bir həftə boyunca sərgidə yer alacaq. 842217