IQNA

“Hilal” elektron jurnalı özbək və rus dillərində nəşr olundu

17:24 - August 16, 2011
Xəbər sayı: 2172098
Mədəniyyət və incəsənət şöbəsi: “Hilal” elektron jurnalının ilk sayı avqustun əvvəllərində Ramazan ayının gəlişi ilə özbək və rus dillərində nəşr olundu.
İqna Quran Xəbər Agentliyi (İQNA): Aylıq dərc olunacaq jurnal Moskvanın “Hilal” nəşriyyatının dəstəyi ilə işıq üzü görür.
Jurnalın səhifələrində Quran, hədis, İslam əsasları və qaydaları, din və ölkə tarixləri, müsəlmanların ictimai həyatı, xarici ölkə müsəlmanları barədə yazılar, Quranın təfsiri, Peyğəmbərin (s) hədislərinin şərhi, İslam və sağlamlıq, qadının İslamda rolu,məşhur müsəlman alimlərinin həyatı, din və elmlər, halal və haram və s. dini və fiqhi mövzular yer alır.
Hər sayda şəri vaxt ölçüləri, müsəlman alimlərin din barədə nəzərləri, İslam və müsəlmanlara dair ümumi xəbərlər də öz əksini tapacaq. 843473
captcha