IQNA

Malayziyada Quran yönlü İslam incəsənət sərgisi

17:27 - August 16, 2011
Xəbər sayı: 2172100
Quran işləri üzrə şöbə: İranın Malayziyadakı Mədəniyyət Mərkəzinin dəstəyi ilə Quran yönlü İslam incəsənət sərgisi açıldı.
İqna Quran Xəbər Agentliyi (İQNA): İslami Əlaqələr və Mədəniyyət İdarəsindən verilən məlumata görə, sərginin açılması iyunun 12-də Quran yönlü bəzi sənət əsərlərinin təqdim edilməsi ilə qərara alınıb. “KLCC” konfrans mərkəzinin zalında təşkil olunan açılış mərasimində iranlı sənət adamlarının xəttatlıq nümunələri, başqa mədəni məhsullar və disklər, nəfis Quran nümunələri, mozaikalı daş və taxta oymaları, firuzə və digər qiymətli daşlar üzərində oyulmuş Quran ayələri, gildən düzəldilmiş sənət əsərləri nümayiş olunub.
Qeyd edək ki, sərgi “KLCC” konfrans mərkəzinin, İran-Malayziya bədii icmasının, Astani-Qüdsi-Rəzəvinin, “Səma” və “Sirat” mədəniyət müəssisələrinin, İslami Əlaqələr və Mədəniyyət İdarəsinin Məşhəddəki nümayəndəliyinin və Bədii Əsərlər Fondunun iştirakı ilə Ramazan ayı boyunca izləyicilərin yolunu gözləyir. 843691
captcha