İqna Quran Xəbər Agentliyi (İQNA): Tehranın İmam Xomeyni (r h) adına müsəllasında təşkil olunan və ötən illərdəkindən daha təntənəli keçirilən 19-cu Beynəlxalq Qurani-Kərim sərgisinin beynəlxalq guşəsi artıq bitdi.
Beynəlxalq guşənin müdiri İqna Quran Xəbər Agentliyinin suallarını cavablandırarkən bunları dedi: “Bu il bu guşədə iştirak edən xarici sənətkarlar öz ölkələrinin seçilmiş və məşhur insanlarından ibarət idi. Vaxt darlığından onlar media işçiləri ilə görüşüb onları maraqlandıran suallara cavab verə bilmədilər.”
Beynəlxalq iştirakçılara ümumi nəzər saldıqda görürük ki, Malayziya, Türkiyə, Azərbaycan, Pakistan, Sudan, Livan, Braziliya, Suriya, Əfqanıstan, Çin, Hindistan, Küveyt, Banqladeş və Tunisdən gələn nümayəndə heyətlərinin hər biri özünəməxsus şəkildə Quran incəsənətinə dair əsərlər təqdim etdilər. 843612