IQNA

Qırğızıstan müftisi: Həcc kvotası bu il ədalətlə paylanacaq

14:32 - August 18, 2011
Xəbər sayı: 2173143
Siyasi və ictimai şöbə: Qırğızıstan Respublikasının baş müftisi həcc mövsümü ilə əlaqədar açıqlamasında deyib: “Həcc kvotası bu il zəvvarlar arasında ədalətlə paylanacaq.”
İqna Quran Xəbər Agentliyi (İQNA): Qırğızıstan Respublikasının baş müftisi Çobaq Hacıcəlilov avqustun 16-da paytaxt Bişkekdə həcc mövsümü il əlaqədar bəzi məsələlərə aydınlıq gətirib.
O, deyib: “Bu il qırğız zəvvarlar üçün həcc səfərinin qiyməti 2300-2600 dolar arasında təxmin edilir. Nəqliyyat məsələlərinin dəqiqləşmədiyinə görə, hələ dəqiq məbləğ də məlum deyil. İstənilən halda bütün zəvvarlar həcc səfərinə təyyarə ilə gedib gələcəklər. Avqustun 20-dən etibarən həccə gedən zəvvarlar üçün bələdçilərin yazılı qeydiyyatı da başlayır. Bələdçilər müsəlman olmalı, eyni zamanda İslam hökmlərini, həmçinin qırğız və ərəb dillərini mükəmməl bilməlidirlər.” 845397
captcha