İqna Quran Xəbər Agentliyi (İQNA): Qırğızıstan Respublikasının baş müftisi Çobaq Hacıcəlilov avqustun 16-da paytaxt Bişkekdə həcc mövsümü il əlaqədar bəzi məsələlərə aydınlıq gətirib.
O, deyib: “Bu il qırğız zəvvarlar üçün həcc səfərinin qiyməti 2300-2600 dolar arasında təxmin edilir. Nəqliyyat məsələlərinin dəqiqləşmədiyinə görə, hələ dəqiq məbləğ də məlum deyil. İstənilən halda bütün zəvvarlar həcc səfərinə təyyarə ilə gedib gələcəklər. Avqustun 20-dən etibarən həccə gedən zəvvarlar üçün bələdçilərin yazılı qeydiyyatı da başlayır. Bələdçilər müsəlman olmalı, eyni zamanda İslam hökmlərini, həmçinin qırğız və ərəb dillərini mükəmməl bilməlidirlər.” 845397