IQNA

Pakistanda başdan başa İmam Həsənin (ə) mövlud mərasimləri keçirilib

17:24 - August 19, 2011
Xəbər sayı: 2173461
Beynəlxalq şöbə: İmam Həsənin (ə) mövlud mərasimləri avqustun 16-da Pakistanın hər yerində qeyd edilib.
İqna Quran Xəbər Agentliyi (İQNA): The News xəbər agentliyinin verdiyi məlumata görə, Pakistan şiələrinin rəhbəri Hamid Əli şah Musəvinin çağırışı ilə avqustun 16-da sulh günü ilə eyni zamanda Pakistanın hər yerində qeyd edilib.

Pakistanın müxtəlif yerlərindən olan şıələr çox böyük həvəslə görüşlər, konfrans və seminarlar təşkil etməklə İmam Həsənin (ə) mövludunu qeyd etmişlər. Mərasimlər Quran ayələrinin oxunuşu ilə başlayıb, daha sonra çıxışçılar İmamın həyatı və şəxsiyyəti barədə nitqlər söyləmişlər.

Pakistan şiələrinin rəhbəri Hamid Əli şah Musəvi də Rəvalpindi şəhərində təşkil olunmuş tədbirdə şıələrin ikinci imamı barədə çıxış edib. 845315
captcha