IQNA

Almaniyada İslam-İraq Cəmiyyətləri Şurası təsis olundu

12:32 - August 20, 2011
Xəbər sayı: 2173857
Beynəlxalq şöbə: Şura Avropanın bu ölkəsində yaşayan iraqlı azlıqların səyi ilə yaradılmışdır.
İqna Quran Xəbər Agentliyi (İQNA): Nun xəbər agentliyinin verdiyi məlumata görə, İslam Cəmiyyətləri Şurasının təbliğat komitəsinin rəhbəri Vəssam Səid Səffar deyib: “Artıq şuranın yaradılmasını bəyan etmişik. Bu şura Almaniyada olan bütün islami müəssisələri, mərkəzləri, müxtəlif şəhərlərdəki hüseyniyyələri birləşdirəcək. Ayətullahil-üzma Seyyid Əli Sistaninin nümayəndəsi Seyyid Mürtəza Kəşmiri kimi dini şəxsiyyətlər artıq şura üzvləri ilə görüşüblər.”
O, sözünün sonunda deyib: “Almaniya İslam-İraq Cəmiyyətləri Şurası növünə görə Avropada ilk İslami təşkilatdır. Şura həmçinin ərəb və alman dillərində “Əhli-Beyt elmləri” dərgisini nəşr etmək niyyətindədir.” 846091
captcha