IQNA

Mərakeşdə fələstinli sənət ustalarının İslami əsərləri nümayiş olunur

20:17 - August 23, 2011
Xəbər sayı: 2175780
Beynəlxalq şöbə: Fələstinli sənət ustalarının İslami əsərləri avqustun 22-dən 31-dək Mərakeşin Səvirə şəhərində təşkil olunub.
İqna Quran Xəbər Agentliyi (İQNA): Marocjournal xəbər agentliyinin verdiyi məlumata görə, sərgi Qüds Mədəni Birliyinin və şəhərin gənclər birliyinin səyi nəticəsində ramazan ayı münasibətilə təşkil olunub.
Sərginin keçirilməsindən məqsəd işğal olunmuş Fələstin torpağının müsəlman sənət ustalarını tanıtmaq, bu ərazilərdə müsəlman və xristianlar, eləcə də digər sakinlərlə əlaqələri gücləndirməkdir.
Müqəddəs Fələstini əks etdirən fotoşəkillər, Qurana aid tablolar, digər İslami xəttatlıq işləri, Fələstində müxtəlif dinə mənsub olanların ibadət mərasimləri və ayinlərinə aid fotolar sərginin əsas hssəsini təşkil edir.
Qeyd edək ki, sərginin sonuna kimi 3150 sənət əsəri izləyicilərə təqdim olunacaq. 847160
captcha