İqna Quran Xəbər Agentliyi (İQNA): Əl-Aləm xəbər agentliyinin verdiyi məlumata görə, 14 fevral koalisiyası ölkə əhalisindən Bəhreyn İnqilabının yaralılarına ehtiram həftəsində fəal iştirak etməyi və Ali Xəlifə siyasətinin qurbanları ilə həmrəylik nümayiş etdirməyə çağırmışdır.
Koalisiya həmçinin aksiyalarda daimi əlilliyə düçar olmuş mübariz insanların şəkillərini nümayiş etdirməyi və onlara himayəçilik etməyi də Bəhreyn xalqından istəmişdir. Onlar eləcə də insanları Beynəlxalq Qüds günü həmrəylik nümayiş etdirməyə səsləmişlər.84719