İqna Quran Xəbər Agentliyi (İQNA): İ.İ.R-nın İsveçdəki Mədəniyyət Mərkəzinin rəhbəri Bəhmən Mözəmi həftənin proqramını açıqlayarkən deyib: “Bu həftəyə bir çox tədbirlər, o cümlədən “Quran və ailə” mövzusunda çıxışlar, ailələrə məxsus seminarların keçirilməsi və s. daxildir. Bundan başqa sənət əsərlərindən ibarət sərgi də həftənin proqramına aiddir.”
Onun sözlərinə görə həftə ərzində oğlanlar və qızlardan ibarət Quranın hifzi, qiraəti üzrə iki ayrı müsabiqə keçiriləcək. Uşaq və yeniyetmələr üçün əlavə olaraq Quran müsabiqəsinin keçirilməsi də nəzərdə tutulub.
Xatırladaq ki, İsveçdə keçiriləcək ilk Quran həftəsi avqustun 16-dan başlayaraq ramazan ayının sonuna kimi davam edəcək. 846819