İqna Quran Xəbər Agentliyi (İQNA): Müqəddəs hərəmin ictimai əlaqələr şöbəsindən verilən məlumata görə, Malayziya İslami İncəsənət və Quran Mərkəzinin rəhbəri Əbdüllətif Mirasa deyib: “Böyük İslam rəhbərlərinin dəstixətti olan bu dəyərli əsərləri qoruyub bu dövrə gətirib çıxardıqlarına görə Müqəddəs hərəmin məsullarını təbrik edirəm.”
O, sözünün davamında deyib: “Quranın dilini anlamaq üçün yazılmış Möcəm kitabı şiə alimləri tərəfindən ərsəyə gətirilsə də, həm şiə, həm də sünni araşdırmaçılar üçün çox dəyərli əsərdir. Bu kitabın yayılmasının onların arasında ittihada səbəb olacağına inanıram.”
Xatırladaq ki, İmam Rza (ə) hərəminin Mərkəzi Kitabxanasında İslamın ilk illərindən tutmuş sonrakı dövrlərə qədər uzun bir zamanı əhatə edən 16.500-dən çox nəfis əlyazma Quran vardır. Bu kitabxana regionda səmavi kitabın say və orijinallığı baxımından ən böyük və ən bahalı kitabxana hesab edilir. 847181