IQNA

İstanbulda Liviya barədə təmas qrupunun görüşü olacaq

17:31 - August 24, 2011
Xəbər sayı: 2176392
Beynəlxalq şöbə: Təmas Qrupuna üzv olan ölkələrin diplomatları avqustun 25-də Liviyadakı vəziyyəti müzakirə etmək üçün İstanbulda toplaşacaqlar.
İqna Quran Xəbər Agentliyi (İQNA): Maktoob xəbər agentliyinin verdiyi məlumata görə, bu görüş Liviya məsələsinə dair bundan sonra atılacaq addımları müəyyənləşdirmək məqsədilə keçirilir. Görüşdə Amerika Xarici İşlər nazirinin Avropa üzrə köməkçisi Filip Qordon da görüçdə iştirak edəcək.
Xatırladaq ki, görüş 40 ildən çox diktatorluğunu davam etdirən Qəzzafinin Liviya inqilabçılarının səyi nəticəsində süqutu baş verən bir dönəmdə keçirilir. Təmas qrupuna bir neçə Avropa ölkəsi, Amerika və onun Orta Şərqdəki müttəfiqləri və bir neçə beynəlxalq təşkilat daxildir. 848277
captcha