IQNA

Başqırdıstanda ilk İslam kitabxanası açılır

17:45 - August 24, 2011
Xəbər sayı: 2176403
Elm və düşüncə şöbəsi: İlk kitabxana sentyabrın 1-də Başqırdıstanın paytaxtı Ufa şəhərinin “Beytul-mal” xeyriyyə cəmiyyətinin dəstəyi ilə açılacaq.
İqna Quran Xəbər Agentliyi (İQNA): “Beytul-mal” xeyriyyə cəmiyyətinin sədri Artur Nasibullovun dediyinə görə, bu kitabxananın açılmasında əsas məqsəd müsəlmanları İslam ədəbiyyatını oxumağa həvəsləndirmək, İslam elmləri ilə onların biliklərini zənginləşdirməkdir. O, həm də əlavə edib ki, əsas işi xeyriyyə cəmiyyəti öz öhdəsinə götürsə də burada bir çox insanların, o cümlədən qurum və təşkilatların, həmçinin adi şəhər əhalisinin zəhməti böyükdür.
Xatırladaq ki, bu kitabxanada toplanan kitabların hamısı Rusiya İslam Universitetinin Məşvərət Şurası və Rusiya Müsəlmanlar İdarəsinin nəzarəti altında dəyərləndirilmiş və təsdiqlənmişdir.846816
captcha