IQNA

Fransada bu ilki fitrə zəkatının miqdarı müəyyən edildi

18:37 - August 25, 2011
Xəbər sayı: 2176710
Beynəlxalq şöbə: Parisin böyük məscidinin dini komissiyası bu il fitrə zəkatı üçün hər nəfərə düşən miqdarı 5 avro olaraq müəyyən etdi.
İqna Quran Xəbər Agentliyi (İQNA): Mosquee-de-paris xəbər agentliyinin verdiyi məlumata görə, Parisin böyük məscidi bəyanat yayaraq bildirmişdir ki, Fitr bayramının yaxınlaşması münasibətilə məscidin dini komissiyası bu ramazanın fitrə zəkatını hər nəfər başına 5 avro təyin etmişdir.
Bəyanatda həmçinin deyilir: Fransada yaşayan müsəlmanlar öz fitrə zəkatlarını məscidə təhvil verə bilərlər. Əgər bu məbləğı ödəməsələr, onların boynunda borc olaraq qalacaq.
Parisin böyük məscidi bəyanatın sonunda açıqlayıb ki, toplanmış vəsaitlə ehtiyacı olanlara, kimsəsiz ailələrə yardım ediləcək, eləcə də xeyriyyə işləri görüləcək. 849104

captcha