İqna Quran Xəbər Agentliyi (İQNA): OIC xəbər agentliyinin verdiyi məlumata görə, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Əkmələddin İhsanoğlu çox sayda insan tələfatı ilə nəticələnən terror aktını qəti şəkildə pisləyib. O, bu aktı cinayətkar addım kimi qiymətləndirərək İslami dəyərlərlə zidd bir hərəkət adlandırıb.
Əkmələddin İhsanoğlu İƏT-nın bu cür terror aktlarına qarşı çıxdığını bird aha vurğulayaraq məsul qurumlardan bu cinayətləri üzə çıxarıb günahkarları cəzalandırmağı istəyib. O həmçinin, hadisə ilə bağlı Nigeriya xalqına və həlak olanların yaxınlarına başsağlığı verib.
Xatırladaq ki, avqustun 26-da baş verən terror aktında 18 nəfər həlak olub, onlarla insane xəsarət almışdır. 850238