IQNA

Dağıstanda “İslam” jurnalının yeni sayı nəşr edildi

18:47 - August 28, 2011
Xəbər sayı: 2178261
Elm və düşüncə şöbəsi: Dağıstanda 10 yaşı olan İslam və mənəviyyat jurnalı “İslam” 26-cı sayını nəşr edib.
İqna Quran Xəbər Agentliyi (İQNA): İslam ölkələrində baş verən hadisələrin oxuculara təqdim edilməsi Rusiyada çox zəif təmin olunur. Ona görə də “İslam” jurnalı bu sayda İslam ölkələrində baş verən inqilablar və digər mühüm hadisələrə geniş yer verib.
Bundan başqa jurnalda tanınmış müsəlman alimlərinin müsəlmanlar haqqında fikirləri, onların qarşılaşdığı problemlər, Quran ayələrinin digər dillərə ərəb dilindən dəqiq tərcümə və izah edilməsində yaranan çətinliklərin həlli, İslami və mədəni hüquq, həmçinin ramazan ayının fəziləti barədə yazılar yer alır. 849967
captcha