İqna Quran Xəbər Agentliyi (İQNA): Küveytdə nəşr olunan “Əl-Qəbəs” qəzetinin yazdığına görə, “Liviyanın dostları” adlı konfrans Fransanın dəstəyi ilə Qəzzafinin süqutundan sonra Liviyadakı yeni quruluşun əsaslarını möhkəmlətmək məqsədilə təşkil olunur.
Politoloqların fikrincə inqilabçıların Liviyanın paytaxtı Tripolini nəzarətə götürdükləri, ümumiyyətlə ölkənni bir çox yerlərinə sahib çıxdıqları bir zamanda Fransa bu konfransı təşkil etməklə bu inqilabı himayə etdiyini göstərmək istəyir. Bəziləri isə Liviyadakı böyük neft sərvətlərinə görə Fransanın öz mənafelərini güddüyünü iddia edirlər. Belə ki, Fransanın Xarici İşlər naziri də Liviyaya hərbi müdaxilələr mövzusunda çıxışı zamanı bu Afrika ölkəsinə gələcəkdə sərmayə yatırımından söhbət açmışdı.
Qeyd edək ki, Nato hərbi qüvvələrinin müdaxiləsi zamanı Fransa da Britaniya kimi bu müharibədə əsas iştirakçılardan biri olmuşdur. Fransa Liviya inqilabını dəstəkləyən və ölkənin Milli Keçid Şurasını vahid qüvvə kimi rəsmi surətdə tanıyan ilk ölkədir. 850920