IQNA

Qətərdə “Müshəf” internet saytı fəaliyyətə başlayır

16:20 - August 29, 2011
Xəbər sayı: 2178873
Beynəlxalq şöbə: Qətərin Dini İşlər Vəqfi yaxın gələcəkdə “Müshəf” internet saytının fəaliyyətə başlayacağını xəbər verib.
İqna Quran Xəbər Agentliyi (İQNA): The Peninsula xəbər agentliyinin verdiyi məlumata görə, Qətərin Dini İşlər Vəqfinin rəhbəri Qeys ibn Mubarək deyib: “Bu saytda Quranın yüksək səviyyədə hazırlanmış elektron versiyası istifadəçilərə təqdim olunacaq. İ-phone, İ-pod və Blackberry istifadəçiləri, həmçinin android sistemi olan bütün aparatların sahibləri Quran və bu mənbədə olan digər proqramları yükləməklə onlardan istifadə edə bilərlər. Bu saytda Quranın təfsirləri, Quran təlimi, həmçinin Quran kəlmələrinin kökünü tapmaq üçün xüsusi proqram da olacaq.”
Qeyd edək ki, bu mənbədə yerləşdirilən Quran fleş-mətn surətində, eyni zamanda Asimin rəvayət etdiyi üslubda audio formatda olacaq. Həmçinin Quranın tarixi baxımdan müxtəlif dövrlərini əks etdirən foto albomlar, son yeniliklər, qədim və müasir təfsirlər, Quran ayələrinin axtarış sistemi təqdim olunacaq. 850919
captcha