IQNA

“Nəcəf Beynəlxalq Günü” konfransının saytı açıldı

16:25 - August 29, 2011
Xəbər sayı: 2178877
Beynəlxalq şöbə: “Nəcəf Beynəlxalq Günü” konfransının saytı “2012-ci il İslam dünyasının mədəniyyət paytaxtı – Nəcəf” təşkilatçılarının dəstəyi ilə açılıb.
İqna Quran Xəbər Agentliyi (İQNA): “2012-ci il İslam dünyasının mədəniyyət paytaxtı – Nəcəf” (alnajaf2012) xəbər agentliyinin verdiyi məlumata görə, “Nəcəf Beynəlxalq Günü” konfransının saytı “Nəcəf – tarixi kökləri, elmi məktəbin mənşəyi” şüarı altında təşkilat komitəsinin Nəcəfdəki iqamətgahında açılış mərasimiylə fəaliyyətə başlayıb.
Açılış mərasimi Qurani-Kərimin qiraəti ilə abşlayıb. Sonra Nəcəf şəhərinin tanıtımı barədə çıxış dinlənilib. Çıxışda Nəcəfin elmi tarixi, İslam yönündə inkişafı, beynəlxalq arenada insanlar arasında münasibətlərin qurulmasındakı tolu və s. qeyd olundu.
Tədbirdə “2012-ci il İslam dünyasının mədəniyyət paytaxtı – Nəcəf” təşkilat komitəsinin rəhbəri Əli Mirzə çıxış etdi. O, öz çıxışında komitə tərəfindən həyata keçirilmiş ən mühüm tədbirləri qeyd etdi. Təşkilat komitəsinin gələn ilki tədbirlərə hazırlığından danışan natiq hamını təəccübləndirəcəklərini bildirdi.
Xatırladaq ki, açılış mərasimində İraq parlamentinin Mədəni Əlaqələr komissiyasının üzvü Bətul Faruq da çıxış edərək son bir neçə ayda qarşıya çıxan problemlərin həll olunduğunu dilə gətirdi. 850909
captcha