IQNA

Bəhreyndə “Şəhidlər meydanına qayıdış” həftəsi keçirilir

16:30 - August 29, 2011
Xəbər sayı: 2178878
Beynəlxalq şöbə: 14 fevral inqilabının koalisiyası ölkə əhalisini avqustun 27-dən başlamış “Şəhidlər meydanına qayıdış” həftəsində təzahüratlara çağırıb.
İqna Quran Xəbər Agentliyi (İQNA): Əl-Aləm xəbər agentliyinin verdiyi məlumata görə, 14 fevral inqilabının koalisiyası bəyanat yayaraq ölkə əhalisinə müraciət etmişdir. Müraciətdə deyilir ki, sentyabrın 2-ə qədər davam edəcək “Şəhidlər meydanına qayıdış” həftəsi üçün planlaşdırılan tədbirlərdə hamı fəal iştirak etməlidir. Bəyanatda həmçinin məqsədə çatmayınca təzahüratları davam etdirmək istəyi də bildirilir.
Alınan məlumatlara görə, hal-hazırda ölkənin bir çox şəhər və kəndlərində xalq kütlələrinin təzahüratları dama etməkdədir. Onlar Ali-Xəlifənin süqutunu tələb edirlər. Hərbi qüvvələr isə gözyaşardıcı qazdan istifadə edərək insan kütlələri dağıtmağa çalışırlar. 850889
captcha