İqna Quran Xəbər Agentliyi (İQNA): Malayziya Dini İşlər naziri Cəmil Xeyr kvotanı artırmaqla bağlı Səudiyyə Ərəbistanı ilə əldə olunan razılığa işarə edərək deyib: “Tələbatın çox olduğunu nəzərə alaraq Səudiyyə Ərəbistanı ilə danışıqlar apardıq və kvotanın artirılmasına nail olduq.”
O, bildirib ki, həcc qiymətlərində artım yoxdur. Belə ki, ötən illərdə olduğu kimi bu il də həccə gedənlər 9.980 ringit (təxminən 2800 AZN) ödəyəcəklər.
Nazirlikdən verilən xəbərə görə, hal-hazırda 400 min nəfər həcc səfərinə getmək iqtidarındadır. 849912