İqna Quran Xəbər Agentliyi (İQNA): Apic xəbər agentliyinin verdiyi məlumata görə, Şimali Amerikanın İslam Mərkəzinin sözçüsü Nəim bəy məscidlərdə açıq qapı həftəsinin Fitr bayramı ilə eyni vaxta düşməsini diqqətə çatdıraraq demişdir: “11 sentyabr hadisələrinin ildönümü ərəfəsində məscidlərdə açıq qapı həftəsinin keçirilməsi qeyri-müsəlmanlara islam təlimlərini öyrətmək, onları məscid və islami mərkəzlərlə tanış etmək məqsədi daşıyır.”
O sözünün davamında deyib ki, qeyri-müsəlmanlarla əlaqə yaratmaq və onları müsəlmanlarla birlikdə görmək islam barəsində yanlış düşüncələrin qarşısını almaq üçün ən əsas məsələlərdən biridir.
Qeyd edək ki, məscidlərdə açıq qapı həftəsi Amerikanın bir çox şəhərlərində islami birlik və təşkilatların dəstəyi ilə keçirilir.851818