IQNA

Hindistanda “Ramazanda Quranla üns” məclisi başa çatdı

19:35 - August 30, 2011
Xəbər sayı: 2179615
Quran işləri üzrə şöbə: Lakxnu şəhərinin “Muəmmil” müəssisəsində bütün ramazan ayı boyunca sübh namazından sonra qurulan Quran qiraətləri məclisi avqustun 28-də iştirakçılara hədiyyə verilməklə sona çatdı.
İqna Quran Xəbər Agentliyi (İQNA): Son mərasim hindistanlı məşhur qari Munzir Əbbasın qiraəti ilə başlayıb, ondan sonra isə Huccətul-islam Musa Rza Yusifi Quran mövzusunda çıxış edib. O, Quranı dərk etmək lazım olduğunu, dərin mənalarına çatmağın zərurətini vurğulayaraq demişdir ki, bizim əksəriyyətimiz Quranı sadəcə oxuyuruq, lakin onun mənalarından əsla xəbərimiz olmur.
Şam və işa namazlarından sonra iftar süfrəsi ilə davam edən mərasimin sonunda mərasimdə iştirak edən 10 nəfərə dəyərli hədiyyələr verilmişdir. 851024
captcha