IQNA

Özbəkistanda ehtiyacı olan müsəlmanlara maddi yardım

19:41 - August 30, 2011
Xəbər sayı: 2179620
Elm və düşüncə şöbəsi: Özbəkistan Müsəlmanlar İdarəsi ölkədə yaşayan 3500-dən çox ehtiyaclı ailəyə maddi yardım göstərib.
İqna Quran Xəbər Agentliyi (İQNA): Özbəkistan Müsəlmanlar İdarəsi Ramazan ayı münasibətilə 3700 ehtiyaclı ailəyə, həmçinin ölkədə olan uşaq evlərinə 40 000 dollardan çox maddi yardım göstərib.
İdarənin Mətbuat Xidmətindən verilən xəbərə görə Ramazan boyunca keçirilən bu aksiyada təkcə müsəlmanlar yox, ehtiyaclı qeyri-müsəlmanlara da maddi və mənəvi yardım edilmişdir.
Xatırladaq ki, müstəqillik qazandıqdan sonra ölkədə məscidlər azad şəkildə fəaliyyət göstərir. Hökumət bütün din nümayəndələri üçün güniş imkanlar yaratmışdır. 848608
captcha