IQNA

Əl-Əzhərin şeyxi Fitr bayramı münasibətilə müsəlmanları təbrik etdi

19:52 - August 31, 2011
Xəbər sayı: 2179778
Beynəlxalq şobə: Əl-Əzhərin şeyxi Fitr bayramı ərəfəsində Fitr bayramı münasibətilə bütün İslam ümmətini və İslam ölkələri rəhbərlərini təbrik edib.
İqna Quran Xəbər Agentliyi (İQNA): Misirdə nəşr olunan “İhram” qəzetinin yazdığına gцrə, Əl-Əzhərin şeyxi Əhməd Təyyib bayram bəyanatında İslam ümmətini və İslam ölkələri rəhbərlərini təbrik edib, Allahdan müsəlmanların azadlıq, demokratiya, rifah və tərəqqi yönlü arzularının həyata keçməsini arzulayıb.
Əhməd Təyyib musəlman millətləri təfriqə və ixtilafları aradan aparmağa, sülh və barışa nail olmağa, haqqa və səbrə arxalanmağa dəvət edib.
O, oz bəyanatında İslam və ərəb ümmətinin dünyada öz yerini tutmağa çalışdığını qeyd edərək deyib: Bunun üçün elm və əmələ arxalanmalı, həmrəyliyi qorumalı, bir-birindən məsləhət və məşvərət alınmalı və Allaha təvəkkül etməliyik.
Qeyd edək ki, ərəb və İslam ölkələrinin çoxu, həmçinin Şimali Amerika ölkələrinin Fiqhi Şurası, Avropa Araşdırma və Fitva Şurası Fitr bayramını avqustun 30-da qeyd edib. Qalan ölkələr isə həmin günü ramazan ayının son günü elan etməklə ayın 31-i bayram olaraq bildiriblər. 852436
captcha