IQNA

İmam Musa Sədrin səfər yoldaşı olan qəzet yazarı sağdır

20:00 - August 31, 2011
Xəbər sayı: 2179784
Beynəlxalq şobə: Liviyanın Siirt şəhərinin yerli Milli Şurasının üzvü inqilabçıların İmam Musa Sədrin yerinin müəyyənləşməsi üçün çalışdıqlarını bildirərək deyib: “İmam Musa Sədrin səfər yoldaşı olan qəzet yazarı Əbbas Bədruddin sağdır.”
İqna Quran Xəbər Agentliyi (İQNA): Əl-Aləm xəbər agentliyinin verdiyi məlumata gorə, Liviyanın Siirt şəhərinin yerli Milli Şurasının ьzvь Əbubəkr Fərcani bu barədə deyib: “Liviyanın fərari diktatoru Muəmmər Qəzzafi, İmam Musa Sədrin və onunla səfər yoldaşı olan Muhəmməd Yəqub və Əbba Bədruddinin qaзırılması cinayətində birbaşa gьnahkardır. Qəzzafi oz şəxsi mənafləri ucun siyonist rejiminə xidmət olaraq və Sədrin duşmənlərinin razılığını əldə etmək üçün bu cinayəti törətmişdi.”
O, həmcinin deyib ki, qəzet yazarı Əbbas Bədruddin sağdır. Belə ki, Bədruddin diktator Qəzzafinin xüsusi zindanlarında saxlanılır, amma bu zindanların yeri bilinmir. Yaxın zamanda onların yeri müəyyənləşəcək. 852346
captcha