IQNA

Ərəbistanda Quran hakimliyi üzrə 2-ci beynəlxalq treninq keçirilir

13:05 - September 05, 2011
Xəbər sayı: 2181690
Beynəlxalq şöbə: Quran hakimliyi üzrə 2-ci beynəlxalq treninq 33-cü beynəlxalq Quran müsabiqəsi ilə yanaşı Məkkə şəhərində təşkil olunur.
İqna Quran Xəbər Agentliyi (İQNA): Ərəbistanda nəşr edilən “Riyaz” qəzetinin verdiyi məlumata görə, beynəlxalq treninq Ərəbistanın İslami İşlər Nazirliyinin xətti ilə bu il dekabrın 19-dan 27-ə qədər keçiriləcək 33-cü beynəlxalq Quran müsabiqəsi ilə yanaşı təşkil olunacaq.
İslam aləminin müxtəlif ölkələrindən nümayəndələrin qatılacağı treninqin keçirilməsində məqsəd Qurani-Kərimin hifzi üzrə hakimlik qaydalarının yenilənməsi, beynəlxalq səviyyə keçirilən Quran müsabiqələri üçün hakimlərin hazırlanması və ümumi hakimlik səviyyəsinin artırılmasıdır.
Treninqdə iştirak etmək üçün icbari şərtlərdən biri 20-45 yaş aralarında Quranın kamil hafizi olmaq, elmi və tədris keçmişinin olmasıdır.
Xatırladaq ki, treninqin ustadları Ərəbistandan Şeyx Muhəmməd Hidayətullah Əbdut-təvvab, Misirdən Fərəcullah Muhəmməd Şazili və Mərakeşdən Muhəmməd Əli Ətfadır.853633
captcha