IQNA

Qərb, İslami oyanış dalğasını boğaraq bu hərəkatı azdırmağa səy edir

13:24 - September 05, 2011
Xəbər sayı: 2181721
Beynəlxalq şöbə: Qərb və bölgədə olan bəzi ölkələr İslami oyanış hərəkatlarını İslami olmayan istiqamətlərə sövq etməyə səy edirlər.
İqna Quran Xəbər Agentliyi (İQNA): İ.İ.R-nın Kanadadakı Mədəniyyət Mərkəzinin rəhbəri Həmid Muhəmmədi İran Quran xəbər agentliyi ilə söhbətində bildirib ki, Qərbdə, Avropada və hətta regionda olan bəzi İslam və xalq düşmənləri İslami oyanış hərəkatının onlara görə təhlükəli olduğunu düşünərək bu müvəffəqiyyətə maneə törətməyə səy edirlər.
O, həmçinin qeyd edib ki, Qərb bu xalq hərəkatlarını öz mənafeləri istiqamətində yönləndirməyə çalışırlar. İran İslam İnqilabının İslami oyanış hərəkatına təsiri mövzusuna toxunan Həmid Muhəmmədi regionda meydana gələn İslami oyanış hərəkatında qəti surətdə İran İslam İnqilabının böyük təsiri olduğunu və oyanış hərəkatlarının meydana gəldiyi ölkələrdə xalqın İslami bir nizam arzuladıqlarını ifadə edərək bu düşüncənin İmam Xomeyni (r h) düşüncəsi və İran İslam İnqilabının 30 illik təcrübəsi içərisində açıq bir şəkildə müşahidə edildiyini söyləyib. 854257
captcha