İqna Quran Xəbər Agentliyi (İQNA): Darul-hədis saytının yazdığına əsasən, “Peyğəmbərin (s) hikmətnaməsi” kitabı 14 cilddən ibarətdir. İslam peyğəmbərinin (s) sirəsi, onun hikmətli sözləri ilə ictimaiyyətin müxtəlif sahələrinə məxsus insanları tanış etməyin zəruriliyini nəzərə alaraq bu kitab yenidən işlənərək dəyərli oxuculara təqdim olunur.
Kitabın demək olar ki, 80%-I birinci nəşrdə olduğu kimidir. Lakin bənzər mövzulara aid ayə və hədislər daha geniş surətdə hazırlanmışdır.
Xatırladaq ki, kitab 10 hissədən ibarətdir: Əqli və əməli hikmətlər, etiqadi, siyasi və ictimai hikmətlər, dünya və insana aid hikmətlər, tərbiyəvi, ibadi, əxlaqi-ictimai, iqtisadi, tibbi hikmətlər və s. 853609