IQNA

Gələn il “İslami oyanış” regional seminarı keçiriləcək

11:21 - September 06, 2011
Xəbər sayı: 2182234
Beynəlxalq şöbə: “İslami oyanış – yeni İslam mədəniyyəti” konfransında Mədəniyyət naziri, bu seminarı reallaşdırılmasının əhəmiyyəti və mədəni məsələlərin bu mövzudakı rolunu vurğulayıb.
İqna Quran Xəbər Agentliyi (İQNA): İslami Əlaqələr və Mədəniyyət idarəsində baş tutan İranın xaricdəki mədəniyyət nümayəndələrinin 9-cu “İslami oyanış – yeni İslam mədəniyyəti” konfransında çıxış edən İran İslam Respublikasının Mədəniyyət Naziri Seyyid Muhəmməd Hüseyni, İran İslam Respublikasının bölgədə yaranmış oyanış hərəkatına yanaşmasını qiymətləndirərək, Rəhbərin bu barədə şərhlərinə toxunmuş, həqiqi gücün mədəni güc olduğunu qeyd edib.
Hüseyni gələn il bu seminarın regional olaraq keçirilməsinin planlaşdırıldığını söyləyərək bu seminarın İran İslam respublikasının mədəniyyət nümunələrini təqdim etmək üçün yaxşı bir fürsət olacağını söyləyib.
O, son olaraq İran İslam respublikasında və digər müsəlman ölkələrində olan imkanların bu məqsədlə istifadə edilməsi mövzusuna işarə edərək zamanında edilməzsə məqsədin təsirini itirəcəyini və faydasız olacağını deyib. 854272
captcha