IQNA

Taylan müsəlmanlarının ilk rəsmi qəzeti nəşr edildi

12:00 - September 06, 2011
Xəbər sayı: 2182285
Siyasi və ictimai şöbə: Taylan müsəlmanlarının ilk rəsmi qəzeti paytaxt Banqkokda tay dilində nəşr edilib.
İqna Quran Xəbər Agentliyi (İQNA): Əvvəllər bu qəzetin təsisçiləri müsəlman aləmində baş verən xəbərləri virtual olaraq vebsayt vasitəsilə çatdırırdılar. Sentyabrın 1-dən fəaliyyətə başlayan yeni qəzet İslam dünyasında və ölkə müsəlmanları arasında baş verən yenilikləri oxuculara təqdim etməyə başlayıblar.
30 səhifəlik rəngli yeni “Muslim Tay Post” qəzeti hələ ki müsəlmanlar cəmiyyətlər arasında pulsuz paylanmaqdadır. Qəzetin məlumatları həmçinin vebsayt ünvanında da yerləşdirilir (www.muslimthaipost.com) 853743
captcha