İqna Quran Xəbər Agentliyi (İQNA): Palestine İnfo xəbər agentliyinin verdiyi məlumata görə, Fələstin İslami Müqavimət Hərəkatı Həmas Ərəb Birliyi, İslam Konfransı Təşkilatı və İnsan Haqqları nümayəndələrindən işğalçı rejimin Fələstində reallaşdırdığı cinayətlərin qarşısının alınması üçün onlara kömək etmələrini istəyib.
Həmas liderlərindən olan və Fələstin Parlamenti üzvü Yunis Əstəl məscidlərin müqəddəsliyinə qarşı edilən bu təhqiri pisləyib, işğalçı güclərin cinayətlərinin işğalçı sionist rejimin nə qədər radikal düşüncələr içində olduğunun göstəricisi olduğunu vurğulayıb. 855508