IQNA

Beynəlxalq təşkilatlar Bəhreyn hadisələrinə göz yumurlar

18:24 - September 08, 2011
Xəbər sayı: 2183649
Beynəlxalq şöbə: Ərəb İttifaqı və İslam Əməkdaşlıq Təşkilatı Bəhreyndə baş verənlərə göz yumublar, Fars Körfəzi Əməkdaşlıq Şurası isə Bəhreyn xalqı əleyhinə təbliğat aparır.
İqna Quran Xəbər Agentliyi (İQNA): Əl-Aləm xəbər agentliyindən verilən məlumata görə, Bəhreyn Milli Demoktatik Koalisiyasının rəhbəri Muhəmməd Casim Dərazi deyib: Daxili və xarici təxribatlara baxmayaraq Bəhreyn xalqı istəklərinə nail olmayınca öz etiraz aksiyalarını davam etdirəcəklər. Biz yeni konstitusiya və bu konstitusiyaya əməli baxımdan sadiq olan dövlət istəyir, zor tətbiq edilməsinə, ayrıseçkiliyə son verilməsini tələb edirik. Rejim bu istəklərin qarşısında tabe olmayınca, btün ölkə boyu tələblərimizin yerinə yetirilməsi uğrunda mübarizə aparacağıq.

Beynəlxalq qurumlardan Bəhreynə laqeydliyə görə narazı olan Dərazi sözünün davamında deyib: Ərəb İttifaqı və İslam Əməkdaşlıq Təşkilatı Bəhreyndə baş verənlərə göz yumublar, Fars Körfəzi Əməkdaşlıq Şurası isə Bəhreyn xalqı əleyhinə təbliğat aparır.

O, həmçinin bildirib ki, Bəhreyn xalqı istiqlaliyyət və azadlığın qan bahasına alınacağını çox gözəl bilir və onlar buna hazır olduqlarını bəyan edirlər. 856543

captcha