IQNA

Tatarıstanda “terrorizm əleyhinə islam” mövzusunda görüş keçirilib

18:51 - September 08, 2011
Xəbər sayı: 2183670
Siyasi və ictimai şöbə: Görüş sentyabrın 6-da Tatarıstanın paytaxtı Qazan şəhərində təşkil olunub.
İqna Quran Xəbər Agentliyi (İQNA): İnterfax.ru xəbər agentliyindən verilən məlumata görə, aksiya xarakterli bu görüş çox sayda müsəlmanların, xüsusilə gənclərin iştirakı ilə keçirilib. Tədbir ölkənin Müsəlmanlar İdarəsi, Gənclər İttifaqının dəstəyilə terroru pisləmək və son illərdə Rusiyada 50-dən çox din adamının terrora məruz qalmasına etiraz etmək məqsədilə təşkil olunub.
Tatarıstan Müsəlmanlar İdarəsi terror qurbanlarının anma mərasimində 1300-dən çox müsəlmanın iştirakı ilə namaz təşkil etmiş və ölkə boyu bütün tədris müəssisələrində mövzu ilə bağlı seminarlar keçirmişdir. 855810
captcha