IQNA

Nəcəf şəhərində “Səfir” Milli Quran Müsabiqəsi keçirilir

16:00 - September 10, 2011
Xəbər sayı: 2184508
Beynəlxalq şöbə: Nəsəf şəhərində İmam Əlinin (ə) müqəddəs hərəminin yaxınlığında qiraət və hifz üzrə “Səfir” Milli Quran Müsabiqəsi keçirilir.
İqna Quran Xəbər Agentliyi (İQNA): Nasiriyyə şəhərinin “Qurani-Kərim evi” müəssisəsinin müdiri Rəd Ədnan Nasiri İQNA xəbər agentliyi ilə söhbətində bildirib ki, iki kateqoriyada; qiraət və hifz üzrə keçirilən bu müsabiqə sentyabrın 6- başlayıb və ayın 11-i başa çatacaq.
O, qeyd edib ki, “Səfir” dini-mədəni festivalı çərçicəsində keçirilən yarışda Bağdad, Nəcəf, Kərbəla, Hillə və Divaniyyədən 13 tanınmış qari və hafiz iştirak edir.
Açılış mərasimində məşhur iraqlı qari Usamə Əbdulhəmzənin ifasında quran oxunub, Kufə məscidinin rəhbərliyi çıxış edib.
Nasiri sözünün sonunda müsabiqənin qaliblərinə dəyərli mükafatlar veriləcəyini də bildirib. 857350
captcha