IQNA

Bəhreynin Vifaq Cəmiyyəti parlament seçkilərinə etiraz etdi

9:44 - September 12, 2011
Xəbər sayı: 2185528
Beynəlxalq şöbə: Bəhreynin ən böyük şiə partiyası olan “Vifaq” parlament seçkilərinə etiraz edərək onun ləğv edilməsini tələb edib.
İqna Quran Xəbər Agentliyi (İQNA): “Əl-Mənar” xəbər kanalının verdiyi məlumata görə, Bəhreynin Vifaq Cəmiyyəti sentyabrın 9-da təşkil edilən cümə nümayişlərində oktyabr ayında təşkil ediləcək parlament seçkilərinin demokratik olmadığını dilə gətirib.
Bahreyn xalqı da təşkil ediləcək seçkilərin xalqın problemlərinə cavab verməyəcəyini, əksinə problemləri artıracağını söyləyiblər. Təşkil edilən nümayişdə nümayişçilər əllərində konstitusiyada dəyişiklik və həbsxanalardakı məhbusların sərbəst buraxılmasını ehtiva edən şüarlar daşımışlar.
Ali Xəlifə rejiminin əleyhinə şüarlar səsləndirə nümayişçilər bu tələblərindən heç bir zaman imtina etməyəcəklərini də deyiblər. 857863

captcha