IQNA

16:16 - September 22, 2011
Xəbər sayı: 2191905
Beynəlxalq şöbə: İordaniyanın müxalif liderlərindən olan Leys Şəbilat ölkə siyasətinin böhranın bir addımlığında olduğunu söyləyərək krala bunları ünvanlayıb: İordaniyadakı siyasi durumu kralın özünü düzəldib xalqla ünsiyyətə girməsindən başqa heç bir vəziyyət düzəldə bilməz.

İqna Quran Xəbər Agentliyi (İQNA): Əlcəzirə xəbər agentliyinin verdiyi məlumata görə, İordaniyanın müxalif liderlərindən olan Leys Şəbilat İordaniyanın paytaxtı Əmmanda təşkil edilən proqramda bildirib ki, İordaniya kralı Məlik ikinci Abdullah özünü düzəltmədən İordaniyanın düzəlməsini gözləməyin.
Kralı xalqla ünsiyyətə çağıran natiq sözlərinə bunları əlavə edib: İordaniya siyasi böhranın bir addımlığındadır. Bu böhranı sovuşdurmaq ancaq kralın xalqla ünsiyyətə başlamasıyla mümkündür. İordaniya da reallaşan iqtisadi tənəzzül kralın idarəçiliyi əsasında reallaşmaqdadır. Bəzi torpaqların kralın adına keçirilməsi iqtisadi fəsadlardan biridir.
Sonda qeyd olunub ki, İordaniya krallıq məqamı fəsad mərkəzidir, kral isə ticarətlə rəhbərliyi bir görür. 865035
Ad:
E-poçt:
* Comment:
* captcha: