IQNA

“Vilayət eşqi” filmi tayland dilində subtitrlə yayımlandı

13:07 - October 12, 2011
Xəbər sayı: 2203708
Siyasi və ictimai şöbə: Həzrəti İmam Rza (ə)-ın həyatından bəhs edən “Vilayət eşqi” filmi Taylandın paytaxtı Bankukda tayland dilində subtitrlə yayımlandı.
İran Quran Xəbər Agentliyi (İQNA): Asiyanın şərq və cənub-şərq məntəqə şöbəsinin məlumatına əsasən, İİR-nın Taylanddakı səfirliyi mehr ayının 17-si İmam Rza (ə)-ın mövludu ərəfəsində bu filmə Tayland dilində subtitr əlavə etdi.
Bu “Vilayət eşqi” filmi İmam Rza (ə)ın bütün həyatından bəhs edir və səfirlik bu ölkənin şiələrinin İmamın şəxsiyyəti ilə tanışlığını zəruri hesab etdi və tayland dilində yayımladı.
Xatırladaq ki, bu filmin qısaldılmış 500 nüsxəsi İmam Rza (ə)-ın mövlud bayramında Bankuk şəhərində müsəlmanlara pulsuz şəkildə paylanıldı.
Qeyd olunmalıdır ki, bu filmin onlayn formasına http:// ahlbeyt.com saytında baxa bilərsiz. 877519
captcha