IQNA

Finlandiyada islam təlimi kitabı məktəb proqramına daxil edildi

14:54 - October 13, 2011
Xəbər sayı: 2204224
Beynəlxalq şöbə: İslam təlimi kitabı ilk dəfə olaraq Finlandiya məktəblərinin ümumi dərs sisteminə daxil edildi.

İran Quran Xəbər Agentliyi (İQNA): «Islam Today» -in məlumatına əsasən, bu kitab “Salam –İslam yolu” adlanır, hal-hazırda I və II sinif şagirdlərinə tədris olunur.
Hal-hazırda Finlandiya məktəblərində Loteran və Ortodoks kilsələrinin dindar şagirdləri üçün dini dərslər keçirilir, rəsmi icazədən sonra ölkədə olan digər dinlər də məktəbdə tədris edilə bilər.
İslamın bundan öncə Finlandiya məktəblərinin bəzi siniflərində tədris olunmasına baxmayaraq , ancaq bu zəmində heç bir dini kitab mövcud olmayıb.
İslam dini ilə bağlı kitab 2012-ci ildə aşağı sinif şagirləri üçün nəşr ediləcək. 878415
captcha