IQNA

Ərəbistan bütün zəvvarların barmaq izini götürür

12:30 - October 17, 2011
Xəbər sayı: 2206441
Beynəlxalq şöbə: Bu il Həccdə bütün zəvvarların barmaq izi yoxlanılacaq.
İran Quran Xəbər Agentliyi (İQNA): İslam beynəlxalq xəbər bürosunun məlumatına əsasən, Ərəbistan rəsmiləri bu addımı insanların Həcc ərəfəsində Məkkə və Mədinəyə icazəsiz daxil olmalarının qarşısını almaq bəhanəsi ilə atır.
Həcc məsələlələri üzrə idarə rəhbəri Ayez Bin Təqalib bu barədə dedi: Zəvvarların barmaq izi Ərəbistana daxil olan zaman götürülür.
O əlavə etdi: bu işin həyata keçirilməsi üçün Ciddə aeroportunda, Mədinədə və Ciddə limanında lazimi tədbirlər görülmüşdür.
İbn Təqalib həmçinin dedi: Yaxşı təlim görmüş qüvvələr Məkkə və Mədinənin girişində işə səfərbər edilmişdir, bunlar insanların qeyri-qanuni girişinin qarşısını alır. 880597
captcha