İran Quran Xəbər Agentliyi (İQNA): «RT» xəbər bürosunun məlumatına əsasən, Şikaqu şəhərində “Gernt park” parkının etirazçılar tərəfindən bağlanmasından sonra bir çox etirazçı həbs edildi. Şikaqunun “Gernt park” parkı 1968-ci ildən bəri Amerikaya qarşı geniş hərəkatların əsas mərkəzi kimi tanınmışdır.
Nyu-Yorkun polis məmurları bildirdilər ki, bu etirazçılara dəfələrlə xəbərdarlıq edilib. Axşam saat 11-də park bağlanandan sonra da bu məkanı tərk etmədikləri üçün həbs olunublar. Camaat belə xəbərdarlıqlara əhəmiyyət vermir və nəticəsi də acınacaqlı olur.
Keçən 3 həftə ərzində Şikaquda gecə-gündüz bir çox müflis olmuş insanlar kapitalizm məsələləri uğrunda etiraz nümayişləri keçiriblər. Bu xalq həmin etirazlarda polisi kapitalizm nümunəsi kimi elan ediblər.
Şikaqu hərəkatları hal-hazırda Amerikanın onlarla şəhərində baş verən etirazların bir hissəsidir. 881291