İran Quran Xəbər Agentliyi (İQNA): emg.rs xəbər bürosunun məlumatına əsasən, İtaliyanın ərzaq məhsulları şirkəti son zamanlar halal məhsulların satışına geniş yer ayırmışdır.
“Halal İtaliya” təşkilatının baş rəhbəri Roberto Estefanu bu haqda dedi: İtaliyada halal bazarın potensial inkişafı təqribən 4-5 milyard yevrodur.
Keçən il halal etketi ilə məhsullar satışa çıxarıldıqdan sonra 30 kiçik və böyük İtaliya şirkəti bu ərzaq məhsullarının satışı üçün icazə almaq qərarına gəlmişlər.
Estefanu şirkətlərin bu icazəni almaq istəməsinin əsas səbəbini İtaliyada 1, 5 milyondan çox müsəlmanın yaşaması ilə əlaqələndirdi.
O bildirdi: Halal məhsullar təkcə qida və ərzaq məhsullarından ibarət olmayacaq, bəlkə kosmetik vasitələr, dərman preparatlarını da əhatə edəcək. 882217