IQNA

Fransada “İslam etiqadı” adlı iclas keçirilir

14:16 - October 22, 2011
Xəbər sayı: 2209372
Beynəlxalq şöbə: “İslam etiqadı” adlı iclas mehr ayının 30-u Fransanın Le Havre şəhərində keçirilir.
İran Quran Xəbər Agentliyi (İQNA): “saphirnews” xəbər bürosunun məlumatına əsasən, “İslam etiqadı” (imanı) adlı iclas Le Havre şəhərinin “Elm” təşkilatının təşəbbüsü ilə Novotel otelinin konfrans salonunda keçiriləcək.
Bu iclasın keçirilməsinin əsas məqsədi islam dininin qayda-qanunlarının şəhərin qeyri-müsəlman sakinlərinə aşılanması və tanıdılmasıdır.
İslam elmləri doktoru və Peyğəmbər (s) haqqında Fransada yazılan kitabların müəllifi Monsəf Zənati bu iclasda çıxış edəcək.
Fransanın yerli sakinləri bu elmi iclasda iştirak etmək istəsələr yerli vaxtla saat 12-yə kimi qeydiyyatdan keçə bilər və saat 14-18-də keçiriləcək iclasda iştirak edə bilərlər. 884285

captcha