IQNA

Çində Qurani-Kərimin tərcüməsinin ilk əlyazması aşkar edilib

16:40 - December 19, 2011
Xəbər sayı: 2241606
Beynəlxalq şöbə: Bir çox İslam mədəniyyət tədqiqatçıları Çində Qurani-Kərimin Çin dilində tərcüməsinin ilk əlyazmasını tapıblar.
İran Quran Xəbər Agentliyi (İQNA): Şinehva xəbər bürosunun məlumatına əsasən, adı çəkilən bu əlyazma milady 1912-ci ildə yazılmışdır və Çinin şimal-qərbində Genşu vilayətində yerləşən Lanju şəhərində kəşf edilmişdir.
Lanju universitetinin islam mədəniyyət müəssisəsinin rəhbəri Ding Şirn bu haqda dedi: bu əlyazma tədqiqatçıların araşdırdıqları sənədlərin arasından tapılmışdır.
İslam mədəniyyət müəssisəsinin rəhbəri əlavə etdi: İslam dini Çinə Tang sülaləsinin (miladi 618-907) dövründə daxil olmasına baxmayaraq müsəlman alimləri müasir dövrə kimi Qurani-Kərimin tərcüməsindən çəkinmişlər, çünki Allah kəlmələrinin səhv tərcümə olunmasına görə nigaran idilər.
1912-ci ilə aid olan əlyazmanın tapılmasına kimi, insanlar düşünürdülər ki, Qurani-Kərimin çin dilində ilk tərcüməsi 1927-ci ildə nəşr edilmişdir. 916797
captcha