Beynəlxalq şöbə: Tunisin prezidenti Monsef Mərzuği azər ayının 28-i islam, yəhudi, xristian dinlərinin rəhbərləri ilə görüşüb söhbətlər apardı.
İran Quran Xəbər Agentliyi (İQNA): «espacemanager» xəbər bürosunun məlumatına əsasən, Monsef Mərzuği müctehid Şeyx Osman Bətix, Yəhudi xaxolu Hayim Bitan, Tunisin baş müftisi Marum Ləhamla görüşdü, bu ölkədə olan səmavi din nümayəndələrinin çətinlikləri barədə danışdı.
Tunisin müftisi bu görüşdən sonra mətbuat nümayəndələri ilə söhbəti zamanı dedi: Bu iclasda xalqın dinlərə qarşı münasib zəminlərdə əlaqəsinin yaradılmasının zəruriliyi bu şəhərin sülh və ədalət prinsipinin əsasıdır.
Tunisin prezidenti başqa bir hissədə bildirdi ki, digər dinlərin nümayəndələri də gərək müsəlman hüquqlarına hörmətlə yanaşsınlar və adil-ədalətli bir cəmiyyət yaratsınlar. 919118