IQNA

Avstraliyada Quran sərgisi keçirildi

23:11 - December 21, 2011
Xəbər sayı: 2243101
Beynəlxalq şöbə: Quran incəsənət əsərlərinin nümayişi Avstraliyanın Viktoriya əyalətinin Kerenburn şəhərində keçirildi.
İran Quran Xəbər Agentliyi (İQNA): «Berwickleader.com» xəbər bürosunun məlumatına əsasən, bu Quran sərgisində Quranın müxtəlif dillərə tərcümələri, üzərində Quran ayələri həkk olunmuş cəvahirlər və əşyalar sərgiyə qoyulmuşdur.
Sərgi nümayəndələrindən biri Nurin Çavdəri bu sərgini yaxşı qiymətləndirdi və dedi: Kerenburnun və digər şəhərlərin bir çox şəxsləri, eləcə də Sidəni və Kanbəra o sərgidə iştirak etmişlər.
O, əlavə etdi: sərgi boyu Quran, onun xüsusiyyətləri, Quranın tarixçəsi barədə iki seminar keçirildi.
Qeyd olunmalıdır ki, bu sərginin keçirilməsi üçün digər məntəqələrdə də proqramlar hazırlanmışdır. 919098
captcha