IQNA

Suriya müftisi daxili vəhdət yaratmağa çalışır

17:58 - December 27, 2011
Xəbər sayı: 2246514
Beynəlxalq şöbə: Suriya müftisi Dəməşqdə baş vermiş terrorizmlə bağlı bəyannamə nəşr edərək bu ölkənin sakinlərini daxili vəhdətin qorunmasına səsləmişdir.
İran Quran Xəbər Agentliyi (İQNA): Livanda çap olunan “Əl-enteqad” qəzetinin məlumatına əsasən, Suriya müftisi Şeyx Əhməd Bədrəddin Həsun, bəyannamə nəşr edərək Suriya əhalisindən Dəməşqdə partlayışlarda şəhid olmuş insanların ruhunun şad olması üçün bu ölkənin məscidlərində namaz qılmalarını istəyib.
Əhməd Bədrəddin Həsun dedi: Hal-hazırda Suriyada baş verən hadisələr bu ölkənin millətinin hücumlar qarşısında birlik yaradaraq səbr etməməyini tələb edir.
O xatırlatdı: Hal-hazırda bu cinayətlər qarşısında sakit dayanıb-mən bitərəfəm deyənlər Vətəninə qarşı çıxmış olub.
Bu hesabata əsasən, Dəməşqdəki terrorist partlayışlarında şəhid olanların xatirəsini yad etmək məqsədilə dey ayının 3-ü Əməvi Came məscidində mərasim keçirildi. 922164

captcha