İran Quran Xəbər Agentliyi (İQNA): Mərkəzi Asiya məntəqə şöbəsinin məlumatına əsasən, Qırğızıstan Respublikasının Parlamentinin dini-siyasi işlər üzrə komissiyasının dey ayının 1-i təsdiqlədiyi layihəyə əsasən, bu Respublikanın dövlət partiyaları Qırğızıstan müsəlmanlarının işləri ilə məşğul olan idarənin həmkarlığı ilə dini məhsulların ixracı, istehsalı, alışı, satışı, paylanması, qorunması, o cümlədən film və şəkillərə nəzarətin gücləndirilməsini qərara alıblar.
Həmçinin, dini kitabların oxunması və dəyərləndirilməsi məqsədilə bu kitablara ətraflı nəzarət etmək məqsədilə xüsusi komitə təşkil olunmuşdur.
Qeyd olunmalıdır ki, bu layihə Qırğızıstan Respublikasında vəhabi, sələfi əqidələrinin inkişafının və yayılmasının qarşısını almaq məqsədilə Qırğızıstanın hal-hazırki baş naziri Almaz Bəy Atambəyovun imzasından sonra icra olunacaq. 921982