IQNA

Ərəb birliyi Qəzza sərhədlərinin mühasirəsini yardı

22:31 - December 28, 2011
Xəbər sayı: 2247369
Beynəlxalq şöbə: Fələstinin seçilmiş dövlət rəhbəri İsmayıl Həniyyə dey ayının 5-i Qahirədəki iclas zamanı Ərəb birliyindən Qəzzanın mühasirəsini yarmaqda qəti qərara gəlməsini istədi.
İran Quran Xəbər Agentliyi (İQNA): Misirdə çap olunan “Əl-youmə Əl-sabiə” qəzetinin məlumatına əsasən, Fələstinin seçilmiş dövlət rəhbəri İsmayıl Həniyyə Ərəb birliyinin baş katibi Nəbil Əl-ərəbi ilə birlikdə mətbuat iclasında Qahirədə bu sahədə atılacaq addımların qəti qərarlaşdırılması barədə araşdırma apardı.
İsmayıl Həniyyə dedi: Qüdsün hazırki vəziyyətinin bu şəhərin azad olunması üçün ərəb-islam proqramı və layihəsinə ehtiyacı vardır.
Bu hesabata əsasən, Həniyyə həmçinin Ərəb birliyinin baş katibi İsrayilin zindanlarında məhbus olan Fələstin əsirlərinin azad olunması barədə söhbət etdi və 55 Fələstin əsirinin adını qeyd etdi. 923518
captcha